Logo

"Mançester Yunayted" hücumçu transfer etməyi planlaşdırır

"Mançester Yunayted" hücumçu transfer etməyi planlaşdırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Mançester Yunayted" klubu qış transfer dönəmində hücumçu transfer etməyi planlaşdırır.

Sfera.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın qısa siyahısında dörd namizəd - Brayan Mbemo, Mateus Kunya, Liam Delap və Conatan Devidin adı yer alıb.

Hücumçuların hamısı bir müddətdir klubun skautlarının diqqət mərkəzindədir.

Bununla yanaşı, "transfer pəncərəsi"nin sonuna qədər UEFA-nın tətbiq etdiyi "maliyyə feyr-pleyi" qaydalarını pozmamaq üçün klubun Alexandro Qarnaço, Kobbi Meynu və ya Markus Reşfordu satacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR