Logo

Juninyo bu kluba keçir - “Qarabağ”ın qazanacağı məbləğ AÇIQLANDI

Juninyo bu kluba keçir - "Qarabağ"ın qazanacağı məbləğ AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidindən 5 milyon avro qazanacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, “Flamenqo”nun sözügedən məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR