Logo

"Sevilya" 2025-ci ildə ilk transferini rəsmiləşdirdi

"Sevilya" 2025-ci ildə ilk transferini rəsmiləşdirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın "Sevilya" klubu 2025-ci ildə ilk transferini gerçəkləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniyanın “Auqsburq” klubundan Ruben Varqas heyətə cəlb olunub.

26 yaşlı vingerlə 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Varqas 2019-cu ildən Bundesliqa təmsilçisinin formasını geyinib. "Sevilya" daha əvvəl "Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR