Logo

"Arsenal"ın gənc futbolçusu klubun tarixinə düşdü

"Arsenal"ın gənc futbolçusu klubun tarixinə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.

Sfera.az xəbər verir ki, XX turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.

O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottinqem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan İ.Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR