“Fənərbaxça” Talişkanın transferini bitirdi

Kateqoriya məlum deyil
T
Türkiyənin “Fənərbaxça” klubu 2025-ci ildə ilk transferini həyata keçirib.
Sfera.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi “Əl-Nəsr”dən Anderson Talişkanın keçidini həll edib.
Braziliyalı yarımmüdafiəçinin keçidi Türkiyədə qış transfer pəncərəsinin başlayacağı 13 yanvar tarixində açıqlanacaq. 30 yaşlı futbolçu “Fənərbaxça”da illik 7,5 milyon avro maaş alacaq.






