"Tottenhem" yeni transferini açıqladı

"Tottenhem" yeni transferini açıqladı
Kateqoriya məlum deyil
T

"Tottenhem" "Slaviya"nın qapıçısı Antonin Kinskinin transferini rəsmən açıqlayıb.

 

Sfera.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib.

 

Çexiyalı qapıçı yeni klubu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Slaviya" Antonín Kinskini 2021-ci ilin yayında "Dukla"dan transfer etmişdi. O, bu mövsüm Praqa təmsilçisinin heyətində 29 rəsmi matçda iştiral edib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR