Döyüşdə nokauta düşən boksçu öldü
İdman
11:46 / 04.01.2025
7116
Döyüşdə aldığı nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqay vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı tanzaniyalı dəri əlcək ustası dekabrın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda çoxlu yumruq zərbələri alıb. Nəticədə yerə yıxılan idmançının dili qatlanıb.
Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, H.Mqay dekabrın 30-da dünyasını dəyişib.