Logo

İngiltərə çempionatı:"Arsenal" "Brentford" səfərində

İngiltərə çempionatı:"Arsenal" "Brentford" səfərində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni - 2025-ci ilin ilk günü İngiltərədə futbol həyəcanı yaşanacaq.

Sfera.az xəbər verir ki, bu gün "Dumanlı albion"da ümumilikdə 34 oyun keçiriləcək. Onlardan biri Premyer Liqada, digər 33-ü isə Çempionşip, 1 və 2-ci liqalarda təşkil olunacaq.

Premyer Liqada 19-cu turun matçında "Brentford” “Arsenal”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

“Arsenal” qalib gələcəyi halda 2-ci pilləyə yüksələcək.

18 oyundan 36 xalı olan “Arsenal” turnir cədvəlində 3-cü, 18 matçdan 24 xala malik “Brentford” isə 12-ci yeri tutur. Lider “Liverpul”un 18 oyundan 45 xalı var. “Nottingem Forest” isə 37 xalla (19 oyun) 2-ci pillədədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR