"Neftçi" legioneri ilə yollarını ayırdı

"Neftçi" legioneri ilə yollarını ayırdı

"Neftçi" klubu macarıstanlı futbolçusu Mark Tamaşla yollarını ayırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Nemzeti Sport" nəşri məlumat yayıb.

 

31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. M.Tamaşla bir neçə klubun maraqlandığı bildirilir.

 

Qeyd edək ki, 2023-cü ildə "ağ-qaralar"a keçən oyunçunun sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.


OXŞAR XƏBƏRLƏR