Azərbaycan çempionatının görüşləri təxirə salındı


Azərbaycan çempionatının görüşləri təxirə salındı

Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər növbəti günə təyin olunub.

 

Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.

 

Qeyd edək ki, yarışa dekabrın 30-da yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan təyyarədə olan Zaqatala sakinləri

AZAL-ın qəzaya uğrayan təyyarəsində ölən və yaralanan Zaqatala sakinlərindən bir neçəsinin görüntüsü yayılıb.   Sfera.az “Lent.az”a istin...

Neandertallar 270 min il əvvəl atəşi mənimsəmiş ola bilərlər - Alimlərdən yeni TƏDQİQAT

Fransanın cənub-şərqindəki "Aurinyak 3" mağarasında Avropada qədim insanların oddan idarə olunan istifadəsinə dair ilkin birbaşa sübutlar tapılıb. &n...

Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları aşkarlanıb.   Sfera...

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. K...

Təyyarə qəzasında sağ qalanların YENİ SİYAHISI

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı sağ qalanların yeni siyahısını paylaşıb.   Sfer...

Azərbaycan futzalında AĞIR İTKİ

Azərbaycan futzalında ağır itki baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.   Belə ki, vet...