Əfsanəvi velosipedçi vəfat etdi
Dekabrın 18-də 90 yaşında əfsanəvi belçikalı velosipedçi Rik Van Looy vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Yaşasaydı onun dekabrın 20-də 91 yaşı tamam olacaqdı. Van Looy velosiped tarixinin ən yaxşı bir günlük velosipedçilərindən biri hesab olunur. Ümumilikdə, o, karyerası ərzində səkkiz Abidə qazanıb (red – bir günlük ən nüfuzlu 5 yarış seriyası).
Bu il tarixdə ən azı bir günlük 5 ən nüfuzlu yarışın hər birində qalib gələn ilk velosipedçi olub. Ondan sonra bu nailiyyəti yalnız 2 həmyerlisi – Eddi Merkx və Rocer De Flamink təkrarlayıb.
Van Looy qrup yarışında da iki dəfə – 1960 və 1961-ci illərdə dünya çempionu olub. O, “Grand Tour”da 37 qələbə qazanıb. 12-i “Giro d’İtalia”, 7-i “Tour de France” və 18-i “Vuelta”ya təsadüf edib.
Ümumilikdə, 1953-1970-ci illər arasında davam edən peşəkar karyerası ərzində Van Looy 371 qələbə qazanıb.