“Atletiko” klubunun 16 azarkeşi saxlanıldı

“Atletiko” klubunun 16 azarkeşi saxlanıldı

İspaniyanın “Atletiko” klubunun 16 azarkeşi polis tərəfindən saxlanılıb.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, buna fanatların La Liqanın XVII turunun “Xetafe” ilə oyunundan sonrakı davranışları səbəb olub. Tərəfdarlar "Metropolitano" stadionunun yaxınlığında yerləşən çin bazarına soxularaq iğtişaşlar törədiblər. 16-25 yaş arası gənclər şüşələri sındırıb, sahibkarlara və ziyarətçilərə hədə-qorxu gəliblər. Onların həmin ərazidə rəqib komandanın azarkeşlərini axtardıqları güman edilir. Ümumilikdə hadisədə 50-yə yaxın adam iştirak edib.

 

Saxlanılan şəxslər ictimai asayişi pozmaqda və insanlara maddi ziyan vurmaqda ittiham olunurlar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...