Logo

Avropa Superliqası yeni adla fəaliyyət göstərəcək

Avropa Superliqası yeni adla fəaliyyət göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Superliqası rəsmi olaraq yeni adla fəaliyyət göstərəcək.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, turnir Birləşmiş Liqa adlanacaq.

Yarış 4 - "Ulduz", "Qızıl", "Mavi" və "Ümumi" liqadan ibarət olacaq. Birləşmiş Liqa təşkilatçıları artıq UEFA-dan turnirin keçirilməsi üçün rəsmi icazə istəyiblər.

Qeyd edək ki, əvvəlcə Superliqa layihəsinə Avropanın 12 nəhəng komandası qoşulmuşdu. Lakin FIFA və UEFA-nın sanksiya təhdidindən sonra klublar geri addım atıblar. Hazırda UEFA və FIFA-ya tabe olmayan Avropa Superliqası layihəsindən yalnız İspaniyanın "Real" və "Barselona" klubları ayrılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR