Avstriya millisinin keçmiş futbolçusuna hücum edildi

17:55 / 16.12.2024
5657
Avstriyanın "Rapid" (Vyana) komandasının futbolçusu Qvido Burqştaller hücuma məruz qalıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Vyana şəhərində baş verib. 35 yaşlı hücumçu naməlum şəxs tərəfindən döyülüb. Baş nahiyəsinə güclü zərbə alan oyunçunun kəllə sümüyü sınıb.
Avstriya millisinin sabiq futbolçusunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Qvido Burqştaller milli komandanın heyətində 26 oyunda və 2 qolla yadda qalıb.