Premyer Liqa: XVII tura bu gün start veriləcək

Premyer Liqa: XVII tura bu gün start veriləcək

Bu gün Misli Premyer Liqasında XVII tura start veriləcək.

 

Sfera.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçiriləcək.

 

Əvvəlcə "Şamaxı" doğma meydanda autsayder "Səbail"i sınağa çəkəcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.

 

Günün növbəti görüşündə isə lider "Araz-Naxçıvan" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Start fiti saat 16:30-da səslənəcək oyun "Liv Bona Dea Arena"da reallaşacaq.

 

Turnir cədvəlinə 39 xalla "Araz-Naxçıvan" başçılıq edir. "Sabah" 23 xalla beşinci, "Şamaxı" isə 13 xalla yeddinci sırada qərarlaşıb. 8 xala malik "Səbail" isə sonuncu - onuncu sırada yer alıb.

 

Misli Premyer Liqası

 

XVII tur

 

14 dekabr

 

14:00.“Şamaxı” – “Səbail”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev


VAR: Rauf Allahverdiyev


AVAR: Pərvin Talıbov


Hakim-inspektor: İmanxan Sultani


AFFA nümayəndəsi: Məmmədəli Məmmədov


Şamaxı şəhər stadionu.

 

16:30.“Araz-Naxçıvan” – “Sabah”


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev


VAR: Elçin Məsiyev


AVAR: Elşad Abdullayev


Hakim-inspektor: Ömər Paşayev


AFFA nümayəndəsi: Elgiz Abbasov


“Liv Bona Dea Arena”.

 

Qeyd edək ki, turun digər qarşılaşmaları dekabrın 15-16-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR