Logo

2030 və 2034-cü illərdə DÇ bu ölkələrdə keçiriləcək

2030 və 2034-cü illərdə DÇ bu ölkələrdə keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatlarının yerlərini rəsmən elan edib.

Sfera.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək. Turnirin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək.

DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq. Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq.

Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR