Logo

"Qarabağ" "Lion"a məğlub oldu

"Qarabağ" "Lion"a məğlub oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq “Qarabağ” – "Lion" (Fransa) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Mateuş Koxalski, Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Patrik Andrade, Yankoviç, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Juninyo.

"Lion": Remi Deşam, Nikolas Talyafiko, Omari, Due Çaleta-Tsar, Naylz, Rayan Çerki, Tanner Tessmann, Cordan Veretu, Ernest Nuama, Jorj Mikautadze, Fofana.

***

Qarabağ" - “Lion" (Fransa) matçı Bakı vaxtı ilə saat 21:45-də start götürüb.

***

Matçda qonaqlar hesabı açıb.

15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

63-cü dəqiqədə "Lion" Tolissonun qolu ilə fərqi artırdı: 0-2.

***

Fofana 68-ci dəqiqədə fərqi daha da artırdı: 0-3.

***

80-ci dəqiqədə "Qarabağ" qapısından dördüncü qolu buraxdı: 0-4.

***

Juninyo 88-ci dəqiqədə fərqi azaltdı: 1-4.

"Qarabağ" "Lion"a 4-1 məğlub oldu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR