Logo

Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırıldı

Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın II Liqasında çıxış edən “Ağaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalandırılıb.

Sfera.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya onun II Liqanın IX turunda “Füzuli”yə qarşı görüşün 43-cü dəqiqəsində baş hakimi təhqir etməsi səbəb olub. Üstəlik, onun bu hərəkətinə görə klubu 400 manat cərimələnib.

AFFA “Səbail”in U-17 komandasının futbolçusu Əli Quliyevi də 3 oyunluq cəzalandırıb. Buna futbolçunun noyabrın 5-də baş tutan “Sabah”la matçın 87-ci dəqiqəsində rəqibi təhqir etməsi və qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Sözügedən matçda “Sabah”ın futbolçusu Akif Allahverdiyev eyni səbəbdən qırmızı vərəqə gördüyünə görə cəzalandırılıb. Lakin A.Allahevrdiyev rəqibindən fərqli olaraq 4 oyunluq diskvalifikasiya olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR