Logo

"Qarabağ" səfərdə Norveç klubu ilə qarşılaşacaq

"Qarabağ" səfərdə Norveç klubu ilə qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.

Sfera.az xəbər verir ki, Bodo şəhərindəki "Aspmira" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Matçın baş hakimi portuqaliyalı Luiş Qodinyu olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

IV tur

7 noyabr

21:45. "Budyo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Luiş Qodinyu (Portuqaliya).

Bodo, "Aspmira" stadionu.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda "Tottenhem"ə (İngiltərə) 0:3, "Malmö"yə (İsveç) 1:2, "Ayaks"a (Niderland) 0:3 hesabı ilə məğlub olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR