Logo

Mahir Emreli azarkeşlərə müraciət etdi

Mahir Emreli azarkeşlərə müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Sfera.az xəbər verir ki, 27 yaşlı hücumçu instaqram hesabında almanca paylaşım edib.

Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib:

"Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".

Qeyd edək ki, "Hamburq" - "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR