“Real”ın oyunu selə görə təxirə salındı
İdman
13:06 / 02.11.2024
3023
Bu gün keçirilməsi planlaşdırılan İspaniya La Liqanın “Valensiya”-“Real Madrid” oyunu təxirə salınıb.
Sfera.az xəbər verir ki, buna səbəb Valensiya şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən sel fəlakətidir.
12-ci tur fəlakətə görə bu gün keçirilməyəcək.
Son məlumata görə, fırtına ilə müşayət olunan sel nəticəsində 50 nəfərdən çox ölən var.
Qeyd edək ki, La Liqada 11 tur sonra “Real Madrid” 24 xalla 2-ci, “Valensiya” isə 7 xalla 20-ci-sonuncu yerdə qərarlaşır.