Logo

Qara Qarayevin yeni klubu bəlli oldu - RƏSMİ

Qara Qarayevin yeni klubu bəlli oldu - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin sabiq üzvü Qara Qarayevin yeni klubu bəlli olub.

Sfera.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisində 76 oyun keçirən Qara Qarayev "Qarabağ"ın yetirməsidir. 15 il (2008-2023) Ağdam klubunda çıxış edən futbolçu 2023-cü ildə "Neftçi"yə keçsə də, orada heyətə düşə bilməyib və bir müddət əvvəl komandadan ayrılıb.

Qara karyerası ərzində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR