Lebron Ceyms və oğlunu məhkəməyə verdilər

Lebron Ceyms və oğlunu məhkəməyə verdilər
Kateqoriya məlum deyil
T

ABŞ-nin "Los-Anceles Leykers" klubunun məşhur basketbolçusu Lebron Ceymsi və oğlu Bronni Ceymsi avtomobil qəzasına görə məhkəməyə veriblər.

 

Sfera.az xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında Kaliforniyanın Littl-Rok şəhərində baş verib.

 

Qadınların sözlərinə görə, Lebron və oğlunun içərisində olduğu avtomobil onların idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. İttihamçılar yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin əlavə müalicə tələb etdiyini bildiriblər. Həmçinin idarə etdikləri avtomobilin ciddi zədələndiyini və bunun nəticəsində dəyərinin düşdüyünü söyləyiblər.

 

Zərərçəkənlər dəymiş ziyanın ödənilməsini tələb ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR