Logo

Bu gün “Qarabağ” ilk dəfə “Ayaks”la qarşılaşır

Bu gün "Qarabağ" ilk dəfə "Ayaks"la qarşılaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2).

Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir.

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.

20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR