"Sabah"ın məşqçisi iki oyunluq cəzalandırıldı

"Sabah"ın məşqçisi iki oyunluq cəzalandırıldı

“Sabah” klubunun məşqçisi Saşa Sablyak biri şərti olmaqla iki oyunluq cəzalanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

 

Məşqçi Misli Premyer Liqasının X turunda “Zirə” - “Sabah” görüşünün 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanıb. Onun şərti cəzası üçün 3 ay sınaq müddəti təyin edilib. S.Sablyakın bu hərəkətinə görə “Sabah” klubu 1000 manat cərimələnib.

 

İntizam Komitəsi “Neftçi”ni də cərimələyib. X turun “Səbail” ev oyununun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. “Neftçi” həmçinin matçın fasiləsində meydana kənar şəxs daxil olduğuna görə 800 manat cərimə olunub.

 

X turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsində qonaqlar meydana gec çıxdığına görə oyun gec başladığı üçün 1500 manat cərimələnib.


OXŞAR XƏBƏRLƏR