Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər

Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər

Almaniyanın "Bayer 04" klubunun müdafiəçisi Ceremi Frimponq İspaniya "Real"ına transfer oluna bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Almaniya təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan 23 yaşlı futbolçu gələn yay 40 milyon avro müqabilində satıla bilər.

 

Qeyd edək ki, C.Frimponq bu mövsüm meydana çıxdığı 9 oyunda bir qola və iki məhsuldar ötürməyə imza atıb. O, 2023/2024 mövsümündə bütün turnirlərdə 47 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR