Logo

"Liverpul"un qapıçısı noyabra qədər meydana çıxmayacaq - SƏBƏB

"Liverpul"un qapıçısı noyabra qədər meydana çıxmayacaq - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər meydana çıxmayacaq.

Sfera.az xəbər verir ki, qolkiper Premyer Liqanın VII turunda, "Kristal Pelas" (1:0) ilə oyunda zədələnib.

32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək.

Braziliyalı qolkiperin Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, həmçinin Çempionlar Liqasında “Leyptsiq” və “Bayer 04” komandaları ilə oyunları buraxacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR