Logo

Məşhur futbolçu karyerasını başa vurdu - FOTO

Məşhur futbolçu karyerasını başa vurdu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta 40 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, İnyesta peşəkar futbolçu həyatında arzusunu gerçəkləşdirə bildiyini deyib.

O, İspaniyanın ən titullu futbolçusudur. "Barselona" ilə birlikdə doqquz dəfə İspaniya çempionatının, dörd dəfə Çempionlar Liqasının, altı dəfə İspaniya kubokunun və yeddi dəfə ölkə Superkubokunun qalibi olub. Futbolçu İspaniya millisinin üzvü kimi dünya çempionu (2010) və iki dəfə Avropa çempionu (2008, 2012) olub.

İnyesta  "Barselona"dan başqa, iki xarici komandada çıxış edib. 2018-ci ildən 2023-cü ilə qədər o, Yaponiyanın "Vissel Kobe" klubunu təmsil edib, bundan sonra BƏƏ-dən "Emirates"də bir mövsüm keçirib.

Vasif

Məşhur futbolçu karyerasını başa vurdu - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR