Mahir Emrelinin komandası qalib gəldi

Mahir Emrelinin komandası qalib gəldi
Kateqoriya məlum deyil
T

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.

 

Sfera.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR