“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurub


“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurub

İspaniyanın yığması və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib

 

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkədə yazıb.

 

Onun sözlərinə görə, 33 yaşlı ispaniyalının futbolda başqa rolda təmsil olunacaq.

 

Daha öncə mətbuatda idmançının Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

 

Xatırladaq ki, Tiaqo Alkantaranın sonuncu klubu 2020-ci ildən çıxış etdiyi İngiltərənin “Liverpul”u olub. Ötən mövsümü zədədən dolayı, demək olar, buraxmalı olan futbolçu dörd il ərzində “qırmızılar”ın heyətində ümumilikdə 98 dəfə oyuna çıxıb və üç dəfə qolla, həmçinin altı məhsuldar ötürmə ilə fərqlənib. Daha əvvəl oyunçu Almaniyanın “Bavariya”sı və yetirməsi olduğu İspaniyanın “Barselona”sında forma geyinib. Futbolçu hər iki klubunda heyətində Çempionlar Liqasının qalibi olub.


OXŞAR XƏBƏRLƏR

İsrail İrana cavab zərbəsi endirməyə hazırlaşır

"İsrail oktyabrın 1-də İranın ona qarşı başlatdığı kütləvi raket hücumuna uyğun gördüyü vaxtda cavab verəcək".   Sfera.az TASS-a istinadən ...

Pensiyaya çıxan şəxslər iki mənbədən pensiya ala biləcəklər - VİDEO

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə haz...

Hacıqabulda ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində...

“Ermənistan seçim etməlidir” - RƏSMİ BAKI

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və hima...

Hüseyn 9 kiloqram kökəlib - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial media hesabındakə paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, idmanla məğul...

Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir

Almaniyanın paytaxtı Berlində HƏMAS-ın İsrailə qarşı radikal hücumunun ildönümü ərəfəsində Fələstinə dəstək üçün böyük nümayiş keçirilir.   Sfera.az ...