Messi yaşıl meydana QAYITDI

Messi yaşıl meydana QAYITDI

"İnter Mayami"nin hücumçusu Lionel Messi yenidən məşqlərə qayıdıb.

 

Sfera.az bildirir ki, o, dünən Konkakaf Çempionlar Kubokunun 1/4 final matçı öncəsi komandanın səhər məşqində görüntülənib.

 

Qeyd edək ki, oyun aprelin 4-də baş tutacaq.

 

Messi bu mövsüm bütün turnirlərdə 5 matçda iştirak edib və 5 qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.

 

Xatırladaq ki, Messi Konkakaf Çempionlar Kubokunun 1/8 final mərhələsində “Nəşvil”lə oyunda (3:1) aldığı zədə səbəbindən meydandan uzaqlaşmışdı.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR