"Neftçi" səfərdə "Qəbələ"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.

 

Sfera.az xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qəbələ şəhər stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Kilan Lebon vurub.

 

Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. “Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

 

Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.

 

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Türkmənistan lideri Ermənistan prezidentinə təşəkkür etdi

Türkmənistanın Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Ermənistan Prezident Vaaqn Xaçaturyan türkmən həmkarı Sərdar Berdiməhəmmədov ilə görüşüb.   ...

“Bu görüşün tarixi bir əhəmiyyəti var” – Millət vəkili

“Niyyət protokolu razılaşmanın təsdiq edilməsidir. Məhz Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilən görüşdə hansı sənədin imzalanacağı hələ bəl...

Bu göldə çimənlərin saçı saralır - FOTOLAR

Türkiyədə Van gölündə üzən uşaqların saçları saralıb.   Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb göl suyunun tərkibində olan miner...

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət mənt...

Pezeşkian Əli Əkbər Əhmədianı yeni vəzifəyə təyin etdi

İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin e...

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a &ldqu...