Messi sevdiyi idmanı AÇIQLADI: "Ondan həzz alıram"

İdman
12:43 / 28.03.2024
7973
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi sevdiyi idman növlərindən danışıb.
Sfera.az bildirir ki, futbolçu Amerika futbolu ilə maraqlandığını açıqlayıb:
“Tennis, basketbol və Amerika futbolunu çox sevirəm. Xüsusilə, Amerika futbolu haqqında çox şey öyrənirəm, onu daha yaxşı başa düşürəm və həzz alıram”.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Argentinalı hücumçu əvvəllər "PSJ" və "Barselona"da çıxış edib.
Bu mövsüm Messi bütün turnirlərdə beş matçda iştirak edib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Fatimə Lətif