\"Fənər\" onu birdəfəlik heyətinə QATIR - Klub yaxın vaxtlarda...

\

"Fənərbağça" qış transfer pəncərəsində "Atletiko Madrid"in müdafiəçisi Çağlar Söyüncünü icarəyə götürüb.

 

Sfera.az bildirir ki, Türkiyə klubu 27 yaşlı futbolçudan razı qalıb və onu birdəfəlik heyətinə qatmaq istəyir. "Fənər"in nümayəndələri yaxın vaxtlarda danışıqlar üçün Madridə yola düşəcək.

 

Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi Türkiyə komandasının heyətində bütün yarışlarda yeddi oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Onun təqribi bazar dəyəri 12 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR