\"Real\"ın oyunçusu ZƏDƏLƏNDİ - Növbəti matçlarda...

17:12 / 27.03.2024
5144
Dünən Fransa millisi ilə Çili arasında keçirilən yoldaşlıq görüşü (3:2) "Real Madrid" azarkeşləri üçün acınacaqlı yekunlaşıb.
Sfera.az bildirir ki, matçın 44-cü dəqiqəsində “Real Madrid”in mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib. Fransalı yarımmüdafiəçi zədənin xarakteri və təxmini sağalma müddətini müəyyən etmək üçün bu gün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, martın 31-də "Real Madrid" "Atletik Bilbao" ilə mühüm La Liqa matçı keçirəcək, aprelin 9-da isə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Siti" ilə qarşılaşacaq.
Fatimə Lətif