Fransa Liqa-1 görkəmini DƏYİŞDİ - Növbəti mövsümdən...

16:35 / 27.03.2024
4680
Fransa Liqa-1 hazırkı loqo ilə son mövsümünü keçirir.
Sfera.az bildirir ki, növbəti mövsümdən etibarən Fransanın ən güclü futbol liqasının yeni loqosu olacaq. Yeni loqonun təqdimatı bu gün baş tutub.
Qeyd edək ki, cari mövsümdən etibarən liqadakı klubların sayı azaldılıb. Əvvəllər Fransa çempionu adı uğrunda 20 komanda mübarizə aparırdısa, indi onların sayı 18-ə endirilib.
Fatimə Lətif