Qalib gəlsəydilər, Rövnəq Abdullayev 40 min mükafat verəcəkdi

Qalib gəlsəydilər, Rövnəq Abdullayev 40 min mükafat verəcəkdi

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.

 

Sfera.az “QOL.az”a istinadən xəbər verir ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinin hər birinə 40 min manat mükafat veriləcəkmiş.

 

Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.

 

Qeyd edək ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.

 

Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan “FİFA series – Edition 2024” yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı (“Çelsi” – “Arsenal”) və Avro-2020-ün final mərhələsinin 4 oyunu (1/4 final oyunu) Bakıda keçirilib.


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...