PSJ bu oyunçudan qurtulmaq istəyir - FOTO

İdman
15:14 / 25.03.2024
15391
PSJ-nin sol cinah müdafiəçisi Layvin Kurzava İspaniyanın "Jirona" klubu ilə müqavilə bağlaya bilər.
Sfera.az bildirir ki, futbolçu ilə digər İspaniya klubları da maraqlanır.
Qeyd edək ki, futbolçunun Paris klubu ilə müqaviləsi iyunda başa çatır. Cari mövsümdə Kurzava Fransa çempionatında bir matçda cəmi 8 dəqiqə meydanda olub. Oyunçu 2015-ci ildən PSJ-də çıxış edir.
Xatırladaq ki, qış transfer pəncərəsi zamanı Paris klubu futbolçunu satmaq istəsə də, buna nail ola bilməyib.
Fatimə Lətif