"Barça" ABŞ turuna çıxır - Rəqibləri BƏLLİ OLDU

"Barça" ABŞ turuna çıxır - Rəqibləri BƏLLİ OLDU
Kateqoriya məlum deyil
T

"Barselona" 2024-cü ilin yayında ABŞ-yə üçüncü turunu rəsmi olaraq elan edib.

 

Sfera.az bildirir ki, Kataloniya klubu iyulun 28-də ABŞ-yə yollanacaq. Klub Orlando, Nyu-Cersi və Baltimor olmaqla üç şəhərdə oyun keçirəcək.

 

"Barselona"nın rəqibləri "Mançester Siti" (30 iyul), "Real Madrid" (3 avqust) və "Milan" (6 avqust) olacaq.

 

Xatırladaq ki, keçən il "Barselona"nın turu Los Anceles, Las Veqas və Dallasdan keçib.

 

Qeyd edək ki, 29 turdan sonra "Barselona" La Liqada 64 xalla ikinci pillədə qərarlaşıb. Çempionata 72 xalla "Real" başçılıq edir.

 

Fatimə Lətif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR