Messi komandasının növbəti iki oyununu buraxacaq: \"Eyni səbəbdən...\"

15:41 / 19.03.2024
8766
"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisinin növbəti iki oyununu buraxacaq.
Sfera.az bildirir ki, Messi Konkakaf Çempionlar Kubokunun 1/8 final mərhələsində “Nəşvil”lə oyunda (3:1) aldığı zədə səbəbindən Mayamidə qalacaq.
Qeyd edək ki, Messi eyni səbəbə görə "İnter Mayami"nin "DC Yunayted"lə matçını buraxmışdı. Onun yoxluğuna baxmayaraq, komanda Luis Suarezin dublu nəticəsində 3:1 hesabı ilə qalib gəlib.
Martın 23-də Argentina El Salvadorla, dörd gün sonra isə Kosta-Rika ilə qarşılaşacaq.
Fatimə Lətif