Yamal \"Barça\"dakı təzyiqlərdən DANIŞDI: \"Elə bir klubdur ki...\"

13:30 / 19.03.2024
7866
"Barselona"nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal Kataloniya klubunda çıxış edən futbolçuların necə bir təzyiq altında olduqlarından danışıb.
Sfera.az bildirir ki, o, hamının "Barça" oyunçuları haqda danışdığını iddia edib:
""Barselona" elə bir klubdur ki, orada hamı sənin haqqında danışır. Əsas olan bunun yalnız bir oyun olduğunu düşünmək və əylənməyə çalışmaqdır”.
Qeyd edək ki, Yamal kataloniyalıların yetirməsidir və 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu klub heyətində bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 60 milyon avrodur.
Fatimə Lətif