Qurban Qurbanov bu klubun baş məşqçi postuna ƏSAS NAMİZƏDDİR: Özü ilə əlaqə saxlanıb, mövsümün sonunda... - AÇIQLAMA 

Qurban Qurbanov bu klubun baş məşqçi postuna ƏSAS NAMİZƏDDİR: Özü ilə əlaqə saxlanıb, mövsümün sonunda... - AÇIQLAMA 

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Türkiyənin “Beşiktaş” klubunun baş məşqçi postuna əsas namizəddir.

 

Sfera.az-ın “Yeni Asır” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

 

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub.

 

Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.

 

Qeyd edək ki, Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.(Report)


OXŞAR XƏBƏRLƏR

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...

Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.   S...