Klubu uduzdu, Ronaldo azərkeşlərə bu cavabı verdi: "Yenidən..."

İdman
17:55 / 12.03.2024
9076
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının 1/4 finalında "Əl-Ayn"a uduzduqdan sonra sosial şəbəkələrdə azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Sfera.az bildirir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib:
“Dəstəyiniz üçün təşəkkür edirik. Biz yenidən güclənməyin bir yolunu tapacağıq!”
Xatırladaq ki, dünən “Əl-Nəsr” “Əl-Ayn”a penaltilər seriyasında uduzaraq (1:3) Asiya Çempionlar Liqasındakı iştirakını başa vurub.
Qeyd edək ki, oyun zamanı Kriştiano Ronaldonun Əl-Nəsri önə keçmək üçün əla fürsəti olub, lakin forvard bu şansdan istifadə edə bilməyib.
Fatimə Lətif