"Siti" və "Arsenal"dan sonra "Tottenhem" də onu heyətinə qatmaq istəyir - FOTO

İdman
13:34 / 12.03.2024
12357
Londonun "Tottenhem" klubu "Vulverhempton"un portuqaliyalı oyunçusu Pedro Neto uğrunda mübarizəyə qoşulub.
Sfera.az bildirir ki, klub futbolçunu yay transfer pəncərəsində almaq istəyir.
Daha əvvəl 24 yaşlı futbolçu ilə "Liverpul", "Mançester Siti", "Arsenal" və "Nyukasl Yunayted"in maraqlandığı bildirilib.
Xatırladaq ki, Neto 2019-cu ildən "Vulverhempton"da çıxış edir. Bu mövsüm cinah oyunçusu klub heyətində 23 oyun keçirib, 3 qol vurub və 11 məhsuldar ötürmə edib.
Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Onun təxmini dəyəri 42 milyon avro təşkil edir.
Fatimə Lətif