Dünya reytinqi: “Qarabağ” 9, “Neftçi” 20 pillə irəlilədi

Dünya reytinqi: “Qarabağ” 9, “Neftçi” 20 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.

 

Ötən ay 70-ci yerdə qərarlaşan "Qarabağ" 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var.

 

"Neftçi"də 20 pillə irəliləmə müşahidə edilib. "Ağ-qaralar" (60,75 xal) 398-ci yerdən 378-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti" (385 xal) başçılıq edir. İspaniya təmsilçisi "Real" (313 xal) ikincidirsə, İtaliyanın "İnter" (307 xal) kollektivi üçüncü yerdədir.


OXŞAR XƏBƏRLƏR

Kondisionerin tarixi: Yaş əskidən sensor ekrana uzanan yol...

Son bir ayda havalar olduqca isti keçir. Temperatur iqlim normasını üstələyir, rütubət isə həddən artıq yüksək olur. Belə şəraitdə kondisionersiz yaşamaq demək ...

Dörd hərbçimiz minaya düşdü - RƏSMİ

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdı...

Rəşad Xudiyev işdən çıxarıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavini Rəşad Xudiyev vəzifəsindən azad olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi...

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, ...

"Qarabağ" unikal göstəriciyə imza atdı

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirir. Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mər...

Bu bürclərə xəbərdarlıq: Günün ikinci yarısı...

Ulduzların bugünkü təsirləri bürclərin həyatına müxtəlif istiqamətlərdə işıq salır. Kimisi qərar verməkdə çətinlik çəkəcək, kimisi isə ailə və münasibətlər mövz...