Yurgen Klopp "Mançester Siti” matçı barədə: "Mən bir az axmağam..."

Yurgen Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti” ilə qarşılaşmanı önəmli hesab etməyib.

 

Sfera.az bildirir ki, o, bu barədə klubun rəsmi saytına müsahibə verib:

 

“Bildiyim qədər qarşıda bizim cəmi bir oyunumuz var. Bu da hazırda ən vacib matçdır. Oyunlar arasında prioritet qoysaydıq, Liqa Kubokunu qazanmazdıq, İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanmazdıq və Avropa Liqasından kənarda qalardıq. Amma biz bunu etmirik. Bəlkə də bunu etmək daha ağıllı iş olardı, amma mən bir az axmağam. Biz hər matçda maksimum güclə oynayırıq və yenə elə olacaq".

 

Xatırladaq ki, “Liverpul” bu gün “Sparta” ilə, martın 10-u isə "Mançester Siti” ilə qarşılaşacaq.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR

Kondisionerin tarixi: Yaş əskidən sensor ekrana uzanan yol...

Son bir ayda havalar olduqca isti keçir. Temperatur iqlim normasını üstələyir, rütubət isə həddən artıq yüksək olur. Belə şəraitdə kondisionersiz yaşamaq demək ...

Dörd hərbçimiz minaya düşdü - RƏSMİ

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdı...

Rəşad Xudiyev işdən çıxarıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavini Rəşad Xudiyev vəzifəsindən azad olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi...

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, ...

"Qarabağ" unikal göstəriciyə imza atdı

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirir. Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mər...

Bu bürclərə xəbərdarlıq: Günün ikinci yarısı...

Ulduzların bugünkü təsirləri bürclərin həyatına müxtəlif istiqamətlərdə işıq salır. Kimisi qərar verməkdə çətinlik çəkəcək, kimisi isə ailə və münasibətlər mövz...