Ronaldo "Real Madrid"i belə TƏBRİK ETDİ - FOTO

İdman
18:00 / 06.03.2024
7433
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Real Madrid"in yaranmasının 122-ci ildönümü münasibətilə paylaşım edib.
Sfera.az bildirir ki, Ronaldo paylaşımda "122 illiyinizi təbrik edirəm, Madridista ailəsi! Hala Madrid!" yazıb.
Qeyd edək ki, 39 yaşlı Kriştiano Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Komandanın tərkibində İspaniya kubokunun, Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, "Real Madrid" 6 mart 1902-ci ildə yaradılıb. “Real” İspaniya çempionatının turnir cədvəlində birinci yeri tutur. Komanda 27 matçda 66 xal toplayıb.
Fatimə Lətif