Hornerlə bağlı qalmaqalın səbəbkarı BİLİNDİ

Hornerlə bağlı qalmaqalın səbəbkarı BİLİNDİ

"Red Bull"un baş məşqçisi Kristian Hornerlə bağlı qalmaqal komandanın pilotu Maks Ferştappenin atası Cos Ferştappenin təhriki ilə ictimailəşdirilib.

 

Sfera.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

 

Qeyd edək ki, Horner işçilərdən birinə qarşı nalayiq davranışda ittiham edilib. Prosesin sonunda Hornerin və ya ona qarşı ittiham irəli sürən qadının komandadan qovulma ehtimalı var idi. Lakin fevralın 28-də məlum olub ki, Horner bəraət qazanıb və komandadakı yerini qoruyub saxlayıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR