"Real Madrid"in baş məşqçisi həbs oluna bilər - SƏBƏB

İdman
17:37 / 06.03.2024
5878
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti üçün 4 il 9 ay həbs cəzası tələb edilib.
Sfera.az bildirir ki, buna səbəb baş məşqçinin 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro gizlətməsi olub.
Xatırladaq ki, italiyalı mütəxəssis peşəkar məşqçilik karyerasında ilk dəfə 2013-cü ilin yayından “Real Madrid”i çalışdırıb, 2015-ci ilin mayında isə klubdan ayrılıb. Bu müddət ərzində Ançelotti "Los Blancos"a Kral Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanmağa kömək edib.
1 iyun 2021-ci ildə Ançelotti Madridə qayıdıb və "Real"ı İspaniya çempionatında qələbəyə aparıb.
Qeyd edək ki, bu mövsüm La Liqanın 27 turundan sonra "Los Blankos" 66 xalla turnir cədvəlinə başçılıq edir.
Fatimə Lətif