Klopp ən böyük argentinalıdan danışdı: "Nə qədər ki, Messi deyilsən..."

İdman
14:57 / 06.03.2024
3926
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "İnter Mayami"nin və Argentinanın hücumçusu Lionel Messi haqqında danışıb.
Sfera.az bildirir ki, baş məşqçi Messinin istədiyi hər şeyi edə bilən yeganə şəxs olduğunu vurğulayıb:
“Hər kəsə deyirəm, nə qədər ki, Lionel Messi deyilsən, özünü müdafiə etməlisən. O, istədiyi hər şeyi edə bilən yeganə şəxsdir"
Xatırladaq ki, argentinalı hücumçu ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 17 matçda iştirak edib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. Messinin bazar dəyəri 35 milyon avrodur.
Fatimə Lətif